Bank Of Baku

Zaqatalada Novruz bayramı ilə əlaqədar ingilis dili gecəsi keçirilib

Zaqatalada Novruz bayramı ilə əlaqədar ingilis dili gecəsi keçirilib
# 14 mart 2007 14:59 (UTC +04:00)
Bu gün Zaqatalada Novruz bayramı ilə əlaqədar “Ağzımdadı nübarı, dadı, Novruz gəlib qapımdadı” mövzusunda ingilis dili gecəsi keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) aparatından məlumat verilib. Rəsmi və bədii hissədən ibarət tədbirdə RİH başçısı Asif Əsgərov, RİH aparatının nümayəndələri, rayon təhsil şöbəsinin əməkdaşları, rayonun 30-a yaxın orta məktəbinin müəllim və şagirdləri iştirak edib. A. Əsgərov tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib və orta məktəb şagirdlərinə təhsildə yüksək nailiyyətlər arzulayıb. İngilis dili gecəsində orta məktəb şagirdləri rayonda yaşayan azsaylı xalqların folklor və rəqslərini nümayiş etdirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR