Bank Of Baku

Gələn ildən Azərbaycanda əcnəbi dillərdə filmlərin nümayişinə qadağa qoyulub

Gələn ildən Azərbaycanda əcnəbi dillərdə filmlərin nümayişinə qadağa qoyulub
# 14 mart 2007 15:24 (UTC +04:00)
İclasda müzakirə olunan məsələlərlə bağlı APA-ya məlumat verən MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, toplantıda Azərbaycanda əcnəbi dilində filmlərin yayımlanmasına qadağa qoyan qərar qəbul olunub. Onun sözlərinə görə, 2008-ci ilin yanvarın 1-dən Azərbaycan ərazisində bütün telekanallarda əcnəbi dilində olan cizgi, bədii və sənədli filmlərin, serialların yayımına imkan verilməyəcək.
MTRŞ üzvləri telekanallarda dərman reklamının verilməsinə “Dərman vasitələri haqqında” qanunla qadağa qoyulmasına da münasibət bildiriblər. Bu qanunla “Televiziya və radio yayımı haqqında” qanun arasında əkslik yarandığını nəzərə alan Şura üzvləri Milli Məclisə məsələyə aydınlıq gətirilməsi üçün müraciət edilməsinin məqsədəuyğun sayıblar.
Toplantıda qeyd olunub ki, aprelin əvvəllərində Türkiyə Radio Televiziya Qurumunun nümayəndə heyətinin Bakıya səfəri gözlənilir. Səfər zamanı Türkiyə Radio Televiziya Qurumu ilə Milli Televiziya və Radio Şurası arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və iş birliyi barədə protokol imzalanacaq.
Qeyd edək ki, MTRŞ Zaqatalada yayımlanan regional “Aygün” televiziyası ilə bağlı müzakirələr aparmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR