Bank Of Baku

Yanvar-fevral aylarında Gəncədə qaz sayğacına müdaxiləyə dair 54 fakt aşkarlanıb

Yanvar-fevral aylarında Gəncədə qaz sayğacına müdaxiləyə dair 54 fakt aşkarlanıb
# 15 mart 2007 07:08 (UTC +04:00)
Yanvar-fevral aylarında Gəncədə qaz sayğacına müdaxiləyə dair 54 fakt aşkarlanaraq müvafiq akt tərtib edilib. Bu barədə APA-nın Qərb bürosuna Gəncə şəhər qaz istismar idarəsinin rəis müavini Şubay Nəsibov məlumat verib. Onun sözlərinə görə, sayğaca müdaxilə edən 32 abonent müvafiq pul cəriməsini ödəyib. Ödənilmiş cərimələr əsasında ümumən 1345 manat 37 qəpik vəsait əldə edilib: “Sayğaca müdaxilə edən abonentə aktda göstərilən məbləği ödəmək üçün bir ay möhlət verilir. Cərimə ödənilənə kimi həmin abonentlərə mavi yanacağın verilməsi dayandırılır. Sayğaca müdaxilə edən digər 22 abonent də cərimələri yaxın vaxtlarda ödəyəcəkləri bildiriblər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR