Bank Of Baku

Narkomaniya ilə mübarizə üzrə 3-cü Ümummilli Proqram hazırlanıb

Narkomaniya ilə mübarizə üzrə 3-cü Ümummilli Proqram hazırlanıb
# 15 mart 2007 09:56 (UTC +04:00)
Narkotik vasitələrin, psixotrop maddələrin, prekursorların qanunsuz dövriyyəsinə və narkomanlığın yayılması ilə mübarizə üzrə 3-cü Ümummilli Proqram hazırlanıb. Narkomanlığa və Narkotik Maddələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, proqram növbəti beş il üçün nəzərdə tutulub. Məlumatda bildirilib ki, proqram yaxın günlərdə prezidentə təqdim olunacaq. Proqramda beynəlxalq təcrübəyə uyğun olaraq, narkotik vasitələrin və narkomanlığa qarşı əhali, xüsusən gənclər arasında profilaktik tədbirlərin görülməsi, maarifləndirmə, aidiyyəti nazirliklər və qurumlarla birlikdə qabaqlayıcı tədbirlərin görülməsi və narkomanlığın fəsadların aradan qaldırılması öz əksini tapıb. Qeyd edək ki, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə və narkomanlığın yayılması ilə mübarizə üzrə 1-ci Proqram 1997-2000-ci, 2-ci Proqram isə 2000-2007-ci illəri əhatə edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR