Bank Of Baku

Vyanada BMT-nin “Narkotik maddələrin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə” mövzusunda 50-ci beynəlxalq sessiyası keçirilir

Vyanada BMT-nin “Narkotik maddələrin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə” mövzusunda 50-ci beynəlxalq sessiyası keçirilir
# 15 mart 2007 10:40 (UTC +04:00)
Avstriyanın paytaxtı Vyanada 12-16 mart tarixlərində Birləşmiş Millətlər Təşkilatının (BMT) “Narkotik maddələrin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə” mövzusunda 50-ci beynəlxalq sessiyası keçirilir. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, Azərbaycanın güc strukturlarının və müvafiq qurumların nümayəndələrinin iştirak etdiyi sessiyada narkotik maddələrin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə beynəlxalq konvensiyaya üzv olan ölkələr iştirak edir. Sessiyada narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə, profilaktik tədbirlərin görülməsi, maarifləndirmə sahəsində proqram və hesabatın hazırlanması nəzərdə tutulub. Sessiyada qəbul edilən hər hansı sənəd Dövlət Komissiyasında müzakirə olunduqdan sonra tətbiq edilməsi üçün aidiyyəti qurumlara paylanacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR