Bank Of Baku

Filmlərin əcnəbi dillərdə Azərbaycanda yayımlanmasının qadağan edilməsi barədə qərar türk dilinə şamil edilməyəcək

Filmlərin əcnəbi dillərdə Azərbaycanda yayımlanmasının qadağan edilməsi barədə qərar türk dilinə şamil edilməyəcək
# 15 mart 2007 10:48 (UTC +04:00)
Milli Televiziya və Radio Şurasının (MTRŞ) gələn ildən telekanallarda filmlərin əcnəbi dillərdə yayımına qoyduğu qadağa hələ ki, türk dilinə şamil olunmur. Bu barədə APA-ya MTRŞ-dan bildirilib. Bununla belə, türk dilində yayımlanacaq filmlərlə bağlı problem yaranarsa, bu məsələ yenidən müzakirəyə çıxarıla bilər.
Qeyd edək ki, MTRŞ-nin dünən qəbul etdiyi qərarla 2008-ci ilin yanvarın 1-dən Azərbaycanda fəaliyyət göstərən telekanallarda əcnəbi dilində bədii, cizgi, sənədli filmlərin və serialların yayımlanmasına qadağa qoyulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR