Bank Of Baku

“Bakı şəhərinin planlaşdırılması və inkişafı ilə bağlı ictimai müzakirələrin təşkili” layihəsi çərçivəsində debat keçirilib

“Bakı şəhərinin planlaşdırılması və inkişafı ilə bağlı ictimai müzakirələrin təşkili” layihəsi çərçivəsində debat keçirilib
# 15 mart 2007 13:58 (UTC +04:00)
Şəhər İnkişaf Mərkəzi “Bakı şəhərinin planlaşdırılması və inkişafı ilə bağlı ictimai müzakirələrin təşkili” layihəsi çərçivəsində debat təşkil edib. APA-nın məlumatına görə, layihənin rəhbəri Fuad Cəfərli Bakının əhatəli baş inkişaf planının hazırlanmasının zəruri olduğunu bildirib. Debatda qarşı tərəf kimi iştirak edən Fərid Qardaşbəyli isə əhatəli planın şəhərin mədəni dəyərlərinə ziyan vuracağını deyib. O, fikirlərini belə əsaslandırıb ki, şəhərin iqtisadi mənafe naminə inkişafına üstünlük verilməsi hansısa qrupun maraqlarına xidmət edə bilər. Paytaxtın keçmiş baş memarı Emil Axundov şəhərdə son illər aparılan tikintiləri Bakının memarlıq konsepsiyasına zidd olduğunu vurğulayıb: “Bakının bir neçə yüz illik tikinti ənənəsi bu gün təhlükədədir. Şəhərin baş planı çoxdan hesaba alınmır və aparılan tikintilər zamanı bünövrəsi mütəxəssislər tərəfindən qoyulan xətt dağıdılır. 1978-2005-ci illər üçün nəzərdə tutulan baş planın cəmi 25-30 faizinə riayət edilib ki, bu da Heydər Əliyevin dövründə olub. Çünki o, memar idi və bu məsələləri bilirdi”. Memarlar İttifaqının vitse-prezidenti Nəriman Əliyev memarlara və bu sahənin mütəxəssislərinin fikirlərinə diqqət yetirilmədiyini söyləyib. O, İçərişəhərdə aparılan tikinti işlərindən narahat olduğunu bildirib: “Tariximizə belə münasibət cinayətdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR