Bank Of Baku

Balakəndə Qaz İstismarı İdarəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib

Balakəndə Qaz İstismarı İdarəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib
# 16 mart 2007 08:04 (UTC +04:00)
Bu gün Balakəndə rayon Qaz İstismarı İdarəsinin (Qİİ) yeni inzibati binasının açılış mərasimi keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib. Qİİ-nin yeni inzibati binasının inşası “Azəriqaz” QSC-nin daxili imkanları hesabına inşa olunub. Tikintiyə ötən ilin yay aylarında başlanılmışdı. Açılış mərasimində RİH aparatının nümayəndələri, Qİİ-nin əməkdaşları, rayon sakinləri və “Azəriqaz” QSC-nin sədr müavini Nazim Səmədzadə iştirak edib. Balakən RİH aparatından APA-ya verilən digər məlumata görə, qarşıdan gələn Novruz bayramı münasibəti ilə əlaqədar rayonun icra başçısı adından bu gün rayonun 300 imkansız, şəhid və əlil ailələrinə bayram sovqatı göndərilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR