Bank Of Baku

Hacı Fəyyaz Nəbizadə: “Bakı kəndləri Nardaranda narkomaniyaya qarşı mübarizə kampaniyasına laqeyd yanaşırlar”

Hacı Fəyyaz Nəbizadə: “Bakı kəndləri Nardaranda narkomaniyaya qarşı mübarizə kampaniyasına laqeyd yanaşırlar”
# 16 mart 2007 09:44 (UTC +04:00)
“Artıq Nardaranda narkotik maddə satan şəxs yoxdur və narkomaniya ilə mübarizəyə kənd ağsaqqalları tərəfindən ciddi nəzarət olunur”. Bu açıqlamanı APA-ya Nardaran kənd sakini Hacı Fəyyaz Nəbizadə verib. Onun sözlərinə görə, artıq iki aydır bu yöndə mühüm işlər görülüb və tədbirlər öz nəticəsini verib. O, narkomaniyadan əziyyət çəkən kənd sakinlərinin müalicəsi məqsədilə də bir sıra tədbirlərin görüləcəyini deyib: “Qəsəbədə bir neçə narkotik alverçisi var idi. Biz onlardan qəti şəkildə bu işdən əl çəkməyi tələb etdik. Onlara deyildi ki, əks təqdirdə ifşa olunacaqlar. Artıq həmin adamlar öz əməllərindən əl çəkiblər. Narkomaniyadan əziyyət çəkənlərə isə Nardaran əhalisi yardım etməyə hazır olduğunu deyib. Artıq bununla bağlı kənd camaatının qərarı var. İmkanı olanlar özləri müalicə olunacaq. Pulu olmayanlara isə maliyyə yardımı ediləcək”. F. Nəbizadə ətraf kəndlərin Nardaranda aparılan bu kampaniyaya laqeyd yanaşmasından gileylənib: “Ətraf kəndlərin ağsaqqallarını bu kampaniyaya qoşulmağa dəvət etmişik. Amma onlar bu müddət ərzində heç bir tədbir görə bilməyiblər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR