Bank Of Baku

Azərbaycanla Belarus arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında saziş A.Lukaşenkonun Bakıya səfəri zamanı imzalanacaq

Azərbaycanla Belarus arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında saziş A.Lukaşenkonun Bakıya səfəri zamanı imzalanacaq
# 16 mart 2007 09:51 (UTC +04:00)
Martın 13-dən Azərbaycanda olan Belarusun Əmək və Sosial Müdafiə Nazirliyinin aparıcı mütəxəssislərindən ibarət ekspert qrupunun səfəri dünən yekunlaşıb. Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən APA-Economics-ə verilən məlumata görə, səfər zamanı “Azərbaycan Respublikası hökuməti ilə Belarus Respublikası hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” saziş layihəsinin razılaşdırılması üzrə müzakirələr aparılıb. Bu sənədin Belarusun prezidenti Aleksandr Lukaşenkonun bu ilin birinci yarısında Azərbaycana gözlənilən rəsmi səfəri çərçivəsində imzalanması nəzərdə tutulub. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR