Bank Of Baku

Azərbaycanda işləyən 5 mindən artıq əcnəbi Dövlət Sosial Müdafiə Fondunda qeydiyyata alınıb

Azərbaycanda işləyən 5 mindən artıq əcnəbi Dövlət Sosial Müdafiə Fondunda qeydiyyata alınıb
# 16 mart 2007 10:32 (UTC +04:00)
Azərbaycanda işləyən və daxili maliyyə mənbələrindən gəlir əldə edən 5 mindən artıq əcnəbi artıq Dövlət Sosial Müdafiə Fondunda (DSMF) qeydiyyata alınıb. Fondun ictimaiyyətlə əlaqələr şöbəsindən APA-Economics-ə verilən məlumata görə, hazırda Azərbaycanda neft müqavilələri üzrə icra olunan layihələrə cəlb edilən əcnəbi vətəndaşların sosial sığortaya cəlb edilməsi üçün BP və digər neft şirkətləri ilə danışıqlar aparılır. Danışıqların nəticəsi olaraq, məcburi dövlət sosial sığortaya cəlb olunan xarici vətəndaşların sayının artacağı gözlənilir. DSMF-də qeydiyyata alınan və sosial sığorta ödəyən xarici vətəndaşlar öz ölkələrinə qayıtdıqdan sonra həmin sığorta əsasında pensiya ala biləcəklər.
Qeyd edək ki, bu ilin yanvarından Azərbaycanda çalışan bütün əcnəbi vətəndaşlar sosial sığortaya cəlb olunmalıdır. Məşğulluq xidməti orqanlarından DSMF-yə verilən məlumata görə, Azərbaycanda 20 minə yaxın əmək miqrantı var. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR