Bank Of Baku

Şəkidə Korrupsiya Əleyhinə Hüquqi Yardım Mərkəzi açılıb

Şəkidə Korrupsiya Əleyhinə Hüquqi Yardım Mərkəzi açılıb
# 16 mart 2007 11:30 (UTC +04:00)
“Şəkidə açılan Korrupsiya Əleyhinə Hüquqi Yardım Mərkəzinin əsas məqsədi korrupsiya əleyhinə mübarizəni və yerli hökumətdə şəffaflığı artırmaqdır”. APA-nın məlumatına görə, bu fikirləri Şəkidə Korrupsiya Əleyhinə Hüquqi Yardım Mərkəzinin açılış mərasimində ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Xose Luis Herrero Ansola söyləyib. O, mərkəzin ATƏT-in Bakı Ofisi və “Şəffaflıq-Azərbaycan” qeyri hökumət təşkilatının birgə əməkdaşlığı nəticəsində açıldığını bildirib. “Bu, Bakı, Gəncə, Quba və Lənkəranda korrupsiya əleyhinə mübarizə mərkəzlərinin açılışının davamıdır. Korrupsiya bazar iqtisadiyyatının effektiv fəaliyyətinə mane olur və cəmiyyətin daha həssas qruplarına ədalətsiz iqtisadi yük qoyur. Bu mərkəz yerli səviyyədə meydana çıxan real hallarla məşğul olmasında və sadə adamları korrupsiya əleyhinə davamlı mübarizədə müvəffəqiyyət əldə etmək üçün konkret alətlərlə təmin etməkdə çox mühüm əhəmiyyətə malik olacaq”. Mərkəzdə yaradılmış pulsuz qaynar xətt qurbanlara korrupsiya halları barədə məlumat verməyə və onlara öz hüquqları barədə hüquqi yardım almağa yardım edəcək. Korrupsiya əleyhinə hüquqi yardım mərkəzi eyni zamanda vətəndaşlara şikayətlərin tərtib olunması, hakim dairələrə şikayətlərə baxma prosesinin gücləndirilməsinə yardım və ictimai idarəetmə sisteminə bu yaxınlarda qəbul edilmiş korrupsiya əleyhinə qanunvericiliyə dəstəyi təmin edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR