Bank Of Baku

Sahib Məmmədov: “Azərbaycanda iş yerlərinin 80 faizində əmək qanunvericiliyi tətbiq olunmur”

Sahib Məmmədov: “Azərbaycanda iş yerlərinin 80 faizində əmək qanunvericiliyi tətbiq olunmur”
# 16 mart 2007 12:19 (UTC +04:00)
Azərbaycanda əmək hüquqlarının təmin olunma vəziyyəti ilə bağlı keçirilən monitorinqin nəticələri açıqlanıb. APA-nın məlumatına görə, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının təşəbbüsü ilə keçirilən monitorinqin yekunlarını əks etdirən hesabat kitab şəklində nəşr olunub. Liqanın sədri Sahib Məmmədov təqdimat tədbirində çıxışında bildirib ki, bu, Azərbaycanda əmək hüquqlarının vəziyyətini ilə bağlı aparılan ilk araşdırmadır. Sahib Məmmədovun sözlərinə görə, monitorinq zamanı məlum olub ki, Azərbaycanın iş yerlərinin 80 faizində əmək qanunvericiliyi tətbiq olunmur. Bu, əsasən orta və kiçik sahibkarlıq müəssisələrində nəzərə çarpıb. “Azərbaycanda əməyin mühafizəsi sahəsində də ciddi problemlər var, dövlət nəzarəti effektiv deyil, cinayət təqibi yoxdur. Əmək qanunvericiliyi isə bütövlükdə boşluqlardan ibarətdir” deyən liqa sədri monitorinqin nəticələrinə əsasən belə qənaətə gəlib ki, əmək qanunvericiliyi yenidən işlənməlidir. Monitorinq zamanı məhkəmə sisteminin pozulmuş əmək hüquqlarının bərpası üçün lazımi tədbirlər görmədiyi də məlum olub. S. Məmmədov bildirib ki, məhkəmələr pozulan əmək hüquqlarını demək olar ki, təmin etmir. Bu səbəbdən monitorinq keçirənlər hakimlərin əmək qanunvericiliyi ilə bağlı ixtisaslarının artırılmasına ehtiyac duyurlar. Monitorinq zamanı o da məlum olub ki, ortaya çıxan ciddi problemlərdən biri də ölkədə fəaliyyət göstərən xarici şirkətlərdə, xüsusən də transmilli şirkətlərdə Azərbaycanın əmək qanunvericiliyinin tətbiqi ilə bağlıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR