Bank Of Baku

Gəncədə iki yeni marşrut açılıb

Gəncədə iki yeni marşrut açılıb
# 19 mart 2007 07:55 (UTC +04:00)
Gəncədə yeni fəaliyyətə başlayan “Nəhəng Daş” Ticarət Mərkəzinə əhalinin gediş-gəlişini asanlaşdırmaq məqsədi ilə şəhərdə yeni 30 və 30a saylı marşrutlar açılıb. APA-nın qərb bürosunun xəbərinə görə, bu barədə jurnalistlərə Gəncə şəhər 1 saylı Ərazi Nəqliyyat Departamentinin rəisi Şəmistan Nağıyev məlumat verib. Onun sözlərinə görə, əhatə dairəsinə görə yeni açılan xətt Gəncə üzrə ən böyüklərdəndir: “30 və 30a saylı xəttə buraxılan nəqliyyat vasitələri şəhərimizin Bağmanlar məhəlləsi, Qırmızı kənd qəsəbəsi, Regional Kardioloji Dispanser, 2 saylı Təcili Tibbi Yardım Xəstəxanası, “Nəhəng Daş” və “Gəncə bazarı” ticarət mərkəzləri istiqamətində hərəkət edəcək”. Ş. Nağıyev bildirib ki, 30 saylı marşrut üzrə 4, 30a saylı marşrut üzrə 3 avtobus vətəndaşlara xidmət göstərir: “Marşrutlararası interval 5-6 dəqiqədir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR