Bank Of Baku

Zaqatalada Novruz bayramı münasibəti ilə bayram tədbiri keçiriləcək

Zaqatalada Novruz bayramı münasibəti ilə bayram tədbiri keçiriləcək
# 19 mart 2007 08:11 (UTC +04:00)
Bu gün Zaqatalada Novruz bayramı münasibəti ilə bayram tədbiri keçiriləcək. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) aparatından məlumat verilib. Tədbirlər proqramına uyğun olaraq rayon mərkəzinin ayrı-ayrı yerlərində Novruz bayramı münasibəti ilə bayram süfrələri açılıb. Rayonun Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında günorta saatlarından başlayaraq bayram konserti keçiriləcək. Bayram konsertində əməkdar artist Aygün Kazımova və Namiq Qaraçuxurlu rayon ictimaiyyəti qarşısında konsert proqramı ilə çıxış edəcək. Rayonda Novruz bayramı münasibəti ilə təşkil olunmuş tədbir gecə saatlarında atəşfəşanlıqla başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR