Bank Of Baku

Sabah saat 10:00-dan Bakıda Novruz bayramı şənlikləri başlayır

Sabah saat 10:00-dan Bakıda Novruz bayramı şənlikləri başlayır
# 19 mart 2007 08:27 (UTC +04:00)
Novruz bayramı münasibəti ilə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) hazırladığı tədbirlər planına uyğun olaraq sabah saat 10:00-dan paytaxtda bayram şənlikləri başlayacaq. Bu barədə APA-ya BŞİH-in ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov məlumat verib. Onun sözlərinə görə, Qoşa Qala Qapısı, Qız qalasının ətrafı, İçərişəhər və yeni istifadəyə verilmiş Musiqili Fəvvarənin ətrafında şənliklər təşkil olunacaq. Qoşa Qala Qapısında tədbirlər prezident İlham Əliyevin bayram tonqalını yandırması ilə başlayacaq. Bayram şənlikləri günün sonuna kimi davam edəcək. Z. Ramazanovun sözlərinə görə, bayram şənlikləri təkcə mərkəzdə deyil, Bakının ayrı-ayrı rayonlarının ərazilərində də müvafiq icra hakimiyyətləri tərəfindən təşkil olunacaq. BŞİH paytaxt sakinlərini və şəhərin qonaqlarını saat 20:00-da Milli Parkda başlayacaq konsert proqramına da dəvət edib. Şəhər rəhbərliyi tərəfindən təşkil olunmuş konsertdə ayrı-ayrı tanınmış müğənnilər iştirak edəcəklər. Konsert iştirakçıları Milli Parkda təşkil olunmuş atəşfəşanlığı da seyr edə biləcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR