Bank Of Baku

Novruz bayramı münasibətilə ARDNŞ martın 20-29-da bir sıra tədbir keçirəcək

Novruz bayramı münasibətilə ARDNŞ martın 20-29-da bir sıra tədbir keçirəcək
# 19 mart 2007 08:42 (UTC +04:00)
Novruz bayramı münasibətilə martın 20-dən 29-dək ARDNŞ-in Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən uşaq bağçalarında, mədəniyyət saraylarında və H.Əliyev adına Litseydə bayram şənlikləri keçiriləcək.
ARDNŞ-dan APA-Economics-ə verilən məlumata görə, 40 məktəbəqədər tərbiyə müəssisəsi, S.Bəhlulzadə, Q.Abbasov, A.İsgəndərov, M.Ə.Rəsulzadə, V.Mustafazadə adına mədəniyyət saraylarında, Mərdəkandakı 34 saylı “İnci” uşaq bağçasında və Qaradağ rayonundakı Təlim İdman Bazasında keçiriləcək tədbirlərdə ümumilikdə 50 mindən artıq uşaq iştirak edəcək. Ayrı-ayrı mədəniyyət saraylarının kollektivləri Maştağada yerləşən 11 saylı internat məktəbində, Ramanadakı Gənc Əlillər Evində və Kimsəsiz Uşaqlar Evində, həmçinin bir çox hərbi hissələrdə konsert proqramları ilə çıxış edəcəklər.
Bundan başqa, Qarabağ Müharibəsi Əlil və Şəhid Ailələri Cəmiyyəti, Maarifçi və Xeyirxah Xanımlar Cəmiyyəti, Rus və Ukrayna İcmalarının ARDNŞ-ə müraciəti nəzərə alınaraq, mədəniyyət saraylarının təmsilçiləri köçkün və valideyn himayəsindən məhrum uşaqlar üçün də Novruz şənlikləri təşkil edəcəklər. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR