Bank Of Baku

“Ailədə zorakılığın qarşısının alınması haqqında” qanun layihəsi hazırlanıb

“Ailədə zorakılığın qarşısının alınması haqqında” qanun layihəsi hazırlanıb
# 19 mart 2007 11:01 (UTC +04:00)
Bu gün “Ailədə zorakılığın qarşısının alınması haqqında” qanun layihəsinin ilkin təqdimatı keçirilib. APA-nın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT-nin Əhali Fondu ilə birgə təşkil etdiyi tədbirdə layihə müzakirə olunub. Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirdə çıxış edərək bildirib ki, qanun layihəsi BMT-nin Əhali Fondu ilə birgə hazırlanıb. O, ilkin variantın müzakirəsi zamanı ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının irəli sürdüyü real təkliflərin nəzərə alınacağını bildirib. Komitə sədri qeyd edib ki, layihə üzərində iş başa çatandan sonra sənəd Avropa Şurasının ekspertlərinə də göndəriləcək. H. Hüseynova bundan sonra qanun layihəsinin yenidən ictimaiyyətin tanış olması üçün açıqlanacağını nəzərə çatdırıb. Komitə Aparatının rəhbəri Rahim Rəhimov ilk növbədə təqdim olunan layihənin adının dəyişdirilərək “Məişət zorakılığı” adlandırılacağını deyib. 17 maddədən ibarət olan layihə ailədə zorakılığın qarşısının alınması sahəsində fəaliyyət göstərən orqanlar və müəssisələrin, müvafiq icra hakimiyyəti orqanlarının vəzifələri, mühafizə orderinin verilməsi qaydası, zərərçəkmiş şəxslər üçün müvəqqəti sığınacaq, ailədə zorakılığın qarşısının alınması üçün tədbirlər, qanunun pozulmasına görə məsuliyyət, zərərçəkmiş şəxslərə yardım göstərildikdə, məlumatların konfidensiallığının təmin edilməsi və s. müddəalar öz əksini tapıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR