Bank Of Baku

Şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə xalqı təbrik edib

Şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə xalqı təbrik edib
# 19 mart 2007 12:01 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə xalqı təbrik edib. QMİ-dən APA-ya verilən məlumata görə, təbrikdə bildirilir ki, Novruz ulu tariximizdə özəl yeri və önəmi olan xalq bayramıdır: “Allaha çox şükürlər olsun ki, xalqımız ildən-ilə hər Novruza daha böyük inamla qədəm qoyur. Hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf yoluna rəvac verir, Qarabağdakı qələbəmizə vüsət və əzmimizi daha da artırır”. Novruzun əsl mahiyyəti və dərin anlamından bəhs edən Şeyxülislamın sözlərinə görə, Novruz bayramı doğma torpağımıza qədəm qoymaqla həyata yenilik, süfrələrə bərəkət bəxş edilir, niyyətlər saflaşır, mənəviyyat daha da kamilləşir: ”Bu gözəl el bayramı münasibətilə sizi bir daha ürəkdən təbrik edir, hər bir ailəyə səadət, xoş ovqat arzulayıram. Allahdan diləyim budur ki, öz böyük mərhəmət və kəramətini xalqımızın üzərindən əskik etməsin və bütün ülvi arzularımızın, xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin. Qoy Novruzun qədəmləri mübarək olsun!” /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR