Bank Of Baku

Azərbaycan və macar etnoqrafları birgə konfrans keçirəcəklər

Azərbaycan və macar etnoqrafları birgə konfrans keçirəcəklər
# 19 mart 2007 12:05 (UTC +04:00)
Macarıstan Elmlər Akademiyasının Etnologiya İnstitutunun bir qrup əməkdaşı növbəti dəfə Azərbaycana səfər edərək Milli Elmlər Akademiyasında görüşlər keçiriblər. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi katibliyindən APA-ya verilən məlumata görə, Azərbaycanın adət-ənənəsinə, milli dəyərlərinə, folkloruna böyük maraq göstərən macar alimləri daha əvvəl Azərbaycanda olarkən müxtəlif bölgələrə gedərək yerli əhalinin yaşayışını müşahidə ediblər. Bu səfərdən toplanan materiallar “Azərbaycanın el havaları” adlı kitabda avropalı oxuculara təqdim olunub. Bu dəfə Azərbaycana əlidolu - “Azərbaycanın el havaları” kitabının nüsxələri ilə gələn qonaqlarla AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda görüş keçirilib. Macarıstan-Azərbaycan elmi əlaqələrinin daha da möhkəmlənməsinə çalışan alimlər birgə əməkdaşlığa dair sənədlər imzalayıblar. Görüşdə həmçinin birgə elmi konfransların keçirilməsi də qərara alınıb. Bu sıradan ilk elmi konfrans Macarıstanda keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR