Bank Of Baku

Naxçıvan Dövlət Universitetində Novruz bayramı qeyd olunub

Naxçıvan Dövlət Universitetində Novruz bayramı qeyd olunub
# 19 mart 2007 13:22 (UTC +04:00)
Naxçıvan Dövlət Universitetində (NDU) Novruz bayramı münasibətilə şənlik keçirilib. Bu barədə APA-ya universitetin mətbuat xidmətindən məlumat verilib. Universitet ərazisindəki “Gənclik” parkında başlanan şənlikdə “Şən və Hazırcavablar Klubu” üzvlərinin hazırladığı “Novruz töhfəsi” təqdim etdirilib. Mərasim akt zalında davam etdirilib. Tədbirdə çıxış edən NDU-nun rektoru, akademik İsa Həbibbəyli Novruz bayramının xalqımıza, dövlətimizə uğur və xeyir bərəkət gətirəcəyinə əminliyini ifadə edib, universitet kollektivini bayram münasibətilə təbrik edib. Tarix elmləri doktoru Hacı Fəxrəddin Səfərli Novruz bayramının tarixi barədə məruzə edib. Daha sonra universitetin incəsənət fakültəsinin, Konservatoriya tələbələrinin, “Füruzə” vokal qrupunun, “Gəmiqaya” instrumental ansamblının hazırladığı konsert proqramı nümayiş etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR