Bank Of Baku

Zaqatalada “Azərbaycanda yod çatışmazlığı nəticələrinə qarşı mübarizə” layihəsi çərçivəsində növbəti yığıncaq keçirilib

Zaqatalada “Azərbaycanda yod çatışmazlığı nəticələrinə qarşı mübarizə” layihəsi çərçivəsində növbəti yığıncaq keçirilib
# 19 mart 2007 15:33 (UTC +04:00)
Bu gün Zaqatala rayonunda Yunanıstan hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda yod çatışmazlığı nəticələrinə qarşı mübarizə” layihəsi çərçivəsində növbəti yığıncaq keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna “Azərbaycanda yod çatışmazlığı nəticələrinə qarşı mübarizə” layihəsinin ölkənin şimal-qərb bölgəsi üzrə koordinatoru Nərgiz Əsədova məlumat verib. Zaqatala və Balakən rayonlarının təhsil və səhiyyə şöbələrinin nümayəndələri iştirak etdiyi tədbirdə N. Əsədova bölgədə yod çatışmazlığını nəzərə alaraq, əhali arasında yod çatışmazlığının törətdiyi qüsurlar barədə ətraflı məlumat verib. O, layihənin il ərzində dörd turdan ibarət olduğunu bildirib. N.Əsədova növbəti turun mart ayının sonunda başlayacağını və dövlət standartlarına uyğun yodlaşdırılmış duzun orta məktəb şagirdlərinin və səhiyyə işçilərinin köməyi ilə ailələrə çatdırılacağını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR