Bank Of Baku

Gəncənin qaz təchizatı sistemi yenidən qurulur

Gəncənin qaz təchizatı sistemi yenidən qurulur
# 27 mart 2007 08:12 (UTC +04:00)
Gəncənin mavi yanacaqla təchizatı sistemi yenidən qurulur. Abonentlərə mavi yanacağın yüksək təzyiqlə ötürülməsini təmin etmək məqsədilə şəhərin müxtəlif ərazilərində ümumi uzunluğu 800 metr olan qaz boruları yeniləri ilə əvəzlənib. Gəncə qaz istismar idarəsinin rəis müavini Şubay Nəsibovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, artıq Əttarlar, Əlibəy Hüseynzadə, Mirzə Abbas Abbaszadə və Adil İsgəndərov küçələrinə yeni qaz xəttinin çəkilişi başa çatıb. Yaxın günlərdə şəhərin Cəfər Cabbarlı, Pərviz Səmədov və Təbriz küçələrində də yeni qaz xətləri çəkiləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR