Bank Of Baku

ATƏT-in Bakı ofisi Lənkəranda Qadın Məşğulluq Mərkəzi açacaq

ATƏT-in Bakı ofisi Lənkəranda Qadın Məşğulluq Mərkəzi açacaq
# 27 mart 2007 10:26 (UTC +04:00)
ATƏT-in Bakı ofisi bu ilin sentyabr ayında Lənkəranda Qadın Məşğulluq Mərkəzi açacaq. Bu barədə APA-ya ofis rəhbərinin müavini Robin Sivord məlumat verib. Onun sözlərinə görə, yeni mərkəz qadınların öz istedad və qabiliyyətlərini inkişaf etdirməsinə kömək edəcək, həmçinin məişətdə zorakılıq, qadınların iş həyatına qoyulan yasaqlar və digər hüquq pozuntularının müzakirə olunacağı seminarlar keçirəcək: “Bunlar çox önəmli məsələlərdir və biz ümid edirik ki, yaradılacaq mərkəz bu problemləri nisbətən yüngülləşdirəcək”. R. Sivordun sözlərinə görə, ATƏT-in Bakı ofisi yaxın vaxtlarda Kür və Araz çayları hövzələrində həyata keçiriləcək ekoloji layihə üzrə fəal işə başlayacaq. O, həmin layihənin NATO ilə birlikdə hazırlandığını və bütün region üçün çox önəmli olduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR