Bank Of Baku

Tərtərdə 5 yeni artezian quyusu istifadəyə verilib

Tərtərdə 5 yeni artezian quyusu istifadəyə verilib
# 27 mart 2007 13:14 (UTC +04:00)
Tərtər rayonu ərazisində 5 yeni artezian quyusu istifadəyə verilib. Rayon İcra Hakimiyyətindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, aprelin 15-nə qədər daha 10 artezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulub. Rayonun Qapanlı, Küçərli, Qaraqoyunlu, Hüləbədinli və Qazyan kəndlərində suvarma sistemi bu il daha da yaxşılaşdırılacaq. Tərtərin əksər yaşayış məntəqəsi cəbhə xəttinə yaxınlıqda yerləşir. Buna görə də həmin kəndlərdə əkin sahələrinin suvarılması üçün mövcud su mənbələrinin çoxu hazırda ya işğal altındadır, ya da neytral zonada yerləşir. Ermənilər isə mövsüm ərzində suyun qarşısını kəsdiyi üçün suvarma işində çətinliklər meydana çıxır. Əhalinin su probleminin aradan qaldırılması yalnız yeni artezian quyularının qazılması və köhnə quyuların bərpa edilməsi ilə mümkündür. RİH-dən o da bildirilib ki, bütün kəndlərdə mövcud olan su kanallarının, drenajların hamısı təmizlənib və istifadəyə hazırdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR