Bank Of Baku

Gəncədə MTN işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib

Gəncədə MTN işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib
# 27 mart 2007 13:24 (UTC +04:00)
Gəncədə Milli Təhlükəsizlik Nazirliyi işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib. APA-nın Qərb bürosunun məlumatına görə, tədbirdən öncə MTN Gəncə şəhər şöbəsinin əməkdaşları mərhum prezident Heydər Əliyevin abidəsi önünə gül və əklil dəstələri qoyublar. Daha sonra tədbir iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin Əksinqilabla Mübarizə Təşkilatının rəisləri Məmmədbağır Salehbəy oğlu Şeyxzamanlı və Nağı Salehbəy oğlu Şeyxzamanlının yaşadığı evin önündəki baralyefə gül dəstələri qoyublar. Tədbir Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının akt zalında davam edib. Toplantını giriş sözü ilə açan Gəncə şəhər icra hakimiyyəti başçısı Eldar Əzizov Milli Təhlükəsizlik Nazirliyinin yaranma tarixindən danışıb və MTN işçilərini peşə bayramları münasibəti ilə təbrik edib. Tədbirdə çıxış edən MTN Gəncə şəhər şöbəsinin rəisi Vüqar Əliyev milli təhlükəsizlik orqanlarının yaranma tarixindən, bu qurumun son zamanlar gördükləri işlərdən danışıb. Tədbirdə çıxış edən digər natiqlər də öz çıxışlarında milli təhlükəsizlik orqanlarının yaranma tarixinə nəzər salıblar. Qeyd edək ki, 88 il bundan öncə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə ilk dəfə olaraq Hərbi Nazirliyin tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb. Bu tarix Azərbaycanda milli təhlükəsizlik orqanlarının yaradılması tarixi kimi qeyd olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR