Bank Of Baku

Bu il Bakıda baş verən 360 yol-qəza hadisəsində 80 nəfər həlak olub

Bu il Bakıda baş verən 360 yol-qəza hadisəsində 80 nəfər həlak olub
# 27 mart 2007 16:13 (UTC +04:00)
2007-ci ildə Bakı şəhərində baş verən 366 yol-qəza hadisəsində 80 nəfər həlak olub, 430 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Bu barədə APA-ya Bakı şəhər Yol Polisi İdarəsinin təhlükəsizliyin təmini və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, yol-qəza hadisələrindən xeyli hissəsi sutkanın qaranlıq vaxtı (18.00-24.00) qeydə alınıb. Yanvarın 1-dən martın 26-dək sutkanın qaranlıq vaxtı 140 hadisə baş verib, bu qəzalar nəticəsində 43 nəfər ölüb, 160 nəfər yaralanıb. Yol qəzalarının 20 faizi paytaxtın Babək, Heydər Əliyev, Ziya Bunyadov, Neftçilər, Atatürk prospektlərinin payına düşür. Bu müddətdə Bakı şəhər Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən 104295 sürücü saxlanılaraq törətdikləri xətaya uyğun cəzalandırılıb. 1417 sürücü sərxoş vəziyyətdə maşını idarə etdiyinə, 1918 sürücü qəza şəraiti yaratdığına, 235 sürücü polisə tabe olmadığına, 51 sürücü dəmir yolu keçidlərində yol-hərəkəti qaydalarını pozduğuna, 3550 sürücü işıqforun qırmızı işığında yolu keçdiyinə, 2943 sürücü sürət həddini aşdığına görə cəzalandırılıb. Bundan başqa 58 sürücü dövlət nömrə nişanı olmayan maşın sürdüyünə, 588 sürücü üstünlüyə malik nəqliyyat vasitəsinə yol vermədiyinə, 3432 sürücü rəngli şüşədən istifadə etdiyinə, 265 sürücü avtoxuliqanlıq etdiyinə, 1456 sürücü vəsiqəsiz maşın sürdüyünə, 13748 sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə müvafiq cəza alıb. Qəza hadisələrinin 54,9 faizi sürücülər tərəfindən sürət həddinin artırması, 24 faizi qarşıdan gələn nəqliyyat vasitəsinin qarşısına çıxması nəticəsində baş verib. Yol-qəza hadisələrinin 24,9 faizi nəqliyyat vasitələrinin toqquşması, 4,8 faizi aşma, 9,8 faizi mane ilə toqquşma ilə müşayiət olunub. Ümumi yol qəza hadisələrinin 53, 2 faizini piyadaların nəqliyyat vasitəsi tərəfindən vurulması təşkil edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR