Bank Of Baku

Gəncə şəhər icra hakimiyyətinin inzibati binası əsaslı təmir olunacaq

Gəncə şəhər icra hakimiyyətinin inzibati binası əsaslı təmir olunacaq
# 28 mart 2007 12:57 (UTC +04:00)
Gəncə şəhər icra hakimiyyətinin inzibati binasının təmirinə başlanılıb. Bu barədə APA-nın Qərb bürosuna Gəncə şəhər Çoxsahəli Mənzil Kommunal İstehsalat Birliyinin rəisi Abit Əliyev məlumat verib. Onun sözlərinə görə, ilkin mərhələdə binanın dam örtüyü və kommunal-sanitar xətləri dəyişdiriləcək. Daha sonra binanın fasadının təmirinə başlanılacaq. Fasadda bərpa işləri başa çatdırıldıqdan sonra bina müasir işıqlanma sistemi ilə işıqlandırılacaq. Təmirdən sonra inzibati binanın akt zalı müasir standartlara cavab verəcək. Təmir işlərinin görülməsi üçün bu il dövlət büdcəsindən 400 000 manat vəsait ayrılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR