Bank Of Baku

Sünnət kişilərin HİV/AİDS-ə yoluxma riskini azaldır

Sünnət kişilərin HİV/AİDS-ə yoluxma riskini azaldır
# 29 mart 2007 09:21 (UTC +04:00)
Kişilərin HİV/AİDS-ə yoluxma riskini azaltmaq üsulu kimi sünnətdən istifadə oluna bilər. APA-nın məlumatına görə, bu, Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) keçirdiyi mətbuat konfransının əsas mövzusu olub. Təşkilatın HİV/AİDS problemləri departamentinin direktor müavini xanım Teqest Germa bildirib ki, Afrikanın bir neçə ölkəsində aparılmış təhqiqatlar göstərib ki, sünnət yoluxma riskini 60 faiz azalda bilər. Onun sözlərinə görə, martın əvvəlində ÜST ekspertləri məsləhətləşmə keçiriblər və belə nəticəyə gəliblər ki, sünnəti geteroseksual kontakt nəticəsində kişilərin HİV/AİDS-ə yoluxma riskini azaltmaq üçün əlavə üsul kimi qəbul olunmalıdır. O deyib ki, bu, ölkənin mədəni ənənələri nəzərə alınmaqla, eləcə də tibbi etika və insan haqlarının qorunması prinsiplərinin qorunması şərtləri ilə edilməlidir. Mətbuat konfransında həmçinin bildirilib ki, hazırda dünyada sünnət olunmuş kişilərin sayı 665 milyondur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR