Bank Of Baku

Şakir Səlimov: “Miqranların Rusiyada ticarətlə məşğul olmasına məhdudiyyət qoyulmasının bu ölkədə yaşayan soydaşlarımıza problem yaradacağını gözləmirik”

Şakir Səlimov: “Miqranların Rusiyada ticarətlə məşğul olmasına məhdudiyyət qoyulmasının bu ölkədə yaşayan soydaşlarımıza problem yaradacağını gözləmirik”
# 29 mart 2007 09:22 (UTC +04:00)
“Aprelin 1-dən Rusiyanın müxtəlif şəhərlərinin ticarət mərkəzlərində ticarət fəaliyyəti ilə məşğul olan miqrantların sayının sıfıra endirilməsi nəzərdə tutulub. Lakin biz Rusiyada yaşayan soydaşlarımızla bağlı hər hansı bir problemin yaranacağını gözləmirik. Rusiyanın müxtəlif regionlarında soydaşlarımıza yardım məqsədi ilə yaradılan qərargahlarımız fəaliyyətlərini davam etdirir”. Bu sözləri APA-ya açıqlamasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin I Ərazi Dairəsinin rəisi Şakir Səlimov deyib. Onun sözlərinə görə, Rusiyada yaşayan soydaşlarımız sənədlərində hər hansı problem yarananda həmin qərargahlara müraciət edirlər. Ş. Səlimov məsələ ilə bağlı dövlət komitəsində yaradılan işçi qrupunun iclasının keçirilməsinə hələlik ehtiyac olmadığını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR