Bank Of Baku

Dövlət Əmək Müfəttişliyi Bakıda fəaliyyət göstərən 20 tikinti şirkətində yoxlamaları başa çatdırıb

Dövlət Əmək Müfəttişliyi Bakıda fəaliyyət göstərən 20 tikinti şirkətində yoxlamaları başa çatdırıb
# 29 mart 2007 14:42 (UTC +04:00)
Aprelin 28-ə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Əmək Müfəttişliyi (DƏM) Sumqayıt, Gəncə və digər iri şəhərlərdəki tikinti şirkətlərində yoxlamalara başlayacaq. Bu barədə APA-ya DƏM-in rəisi Nəbi Şükürlü məlumat verib. Onun sözlərinə, yoxlamalar zamanı şirkətlərin əmək təhlükəsizliyinə nə dərəcədə əməl etmələri, işəgötürənlərin işçilərlə əmək müqavilələrinin bağlayıb-bağlamadıqları və s. öyrəniləcək. Hazırda isə DƏM Bakıdakı tikinti şirkətlərində yoxlamalar aparır. İndiyədək 20 tikinti şirkətində yoxlamalar başa çatıb, fəaliyyətində neqativ hallar aşkarlandığına görə, həmin şirkətlərin əksəriyyətinə onları aradan qaldırmaq üçün vaxt verilib və onların işi nəzarətə götürülüb. Verilən müddət ərzində nöqsanlarını düzəldə bilməyən şirkətlərin təhlükə yarada bilən sahələri üzrə fəaliyyəti dayandırılacaq. Bütün fəaliyyət sahələri təhlükəli sayılan şirkətlərin isə fəaliyyəti tam dayandırıla bilər. Belə şirkətlər öz fəaliyyətini yalnız nöqsanlarını aradan qaldırdıqdan sonra bərpa edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR