Bank Of Baku

Türkiyənin TRT kanalının Azərbaycanda yayım müddəti 7 saat məhdudlaşdırılıb

Türkiyənin TRT kanalının Azərbaycanda yayım müddəti 7 saat məhdudlaşdırılıb
# 29 mart 2007 15:15 (UTC +04:00)
“Teleradio” İB-nın texniki direktoru Mikayıl Abbasov APA-ya bildirib ki, yayım müddətinin məhdudlaşdırılması elektrik enerjisi ilə əlaqədardır. TRT yayıma görə ödəniş həyata keçirmədiyindən elektrik enerjisinin pulunu “Teleradio” ödəyirdi. Hazırda maliyyə imkanları məhdud olduğundan birlik TRT-nin yayımını bir necə saat məhdudlaşdırmaq qərarına gəlib. Əvvəllər gün ərzində 18 saat yayımlanan TRT hazırda 11 saat yayımlanır. Kanal Azərbaycan ərazisində səhər saat 9.00-dan gecə saat 02.00-03.00-dək davam edir. Yayımı gecə verilişlərindən biri tam başa çatdıqdan sonra dayandırılır. M. Abbasov deyib ki, TRT Azərbaycanla yayım müqaviləsi bağlayana qədər belə davam edəcək. Müqavilə bağlanmasa, Milli Televiziya və Radio Şurası iyunda TRT-nin Azərbaycan ərazisində yayımının hansı formada davam etdirilməsi ilə bağlı qərar verəcək.
Qeyd edək ki, TRT 2 ilə yaxındır, Azərbaycanda yayımını müqavilə ilə həyata keçirmir. Müqaviləni yeniləşdirməyə cəhd etmədiyi üçün artıq TRT-nin Azərbaycanda yayım dairəsi 30%-dək azaldılıb. Əvvəllər Azərbaycanın 80% ərazisində yayımlanan kanal ölkənin 50%-ə yaxın ərazisində - Bakı, Gəncə, Naxçıvanda və daha bir neçə yerdə yayımlanır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR