Əli Həsənov: “Azərbaycan ərazisində məcburi köçkünlər üçün salınmış çadır şəhərcikləri bu il ərzində ləğv olunacaq”

Əli Həsənov: “Azərbaycan ərazisində məcburi köçkünlər üçün salınmış çadır şəhərcikləri bu il ərzində ləğv olunacaq”
# 30 mart 2007 12:29 (UTC +04:00)
Azərbaycan ərazisində məcburi köçkünlər üçün salınmış çadır şəhərcikləri bu il ərzində ləğv olunacaq. APA-nın məlumatına görə, bu barədə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Məcburi köçkünlər üçün qəsəbələrin tikintisinin davam etdirildiyini diqqətə çatdıran Ə. Həsənovun sözlərinə görə, artıq Bərdədə məskunlaşmış Ağdam köçkünlərinin hamısı bu qəsəbələrə köçürülüb. O, 12 çadır şəhərciyindən 3-nün qaldığını, bunlardan 2-nin Saatlı, 1-nin isə Sabirabadda olduğunu söyləyib. Qalan 3 şəhərcikdə məskunlaşmış köçkünlərin 50%-nin Biləsuvar, Füzulidən olan köçkünlərin isə bu rayonun ərazisində salınan qəsəbələrə köçürüləcəyini qeyd edən komitə sədri tikinti işlərinin 2-3 aya yekunlaşacağını vurğulayıb. Ə. Həsənov yeni salınan qəsəbələrin də məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri olduğunu, torpaqlar işğaldan azad ediləndən sonra onların öz dədə-baba yurdlarına qayıdacaqlarını söyləyib: “Bu qəsəbələr də o insanlara müvəqqəti yaşamaq üçün verilir”.
Məcburi köçkünlərin məskunlaşdıqları yataqxanaların təmirinə də toxunan komitə sədri bununla əlaqədar bütün sənədlərin hazırlayıb, lazımi strukturlara təqdim etdiklərini deyib: “Hazırda təmirə başlamaq üçün maliyyə vəsaiti gözləyirik. Yataqxanalar daxili imkanlar hesabına təmir olunacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR