Bank Of Baku

“Ana və uşaq ölümü Azərbaycanda yoxsulluğun törətdiyi problemlərdən biri kimi” mövzusunda tədqiqat aparılıb

“Ana və uşaq ölümü Azərbaycanda yoxsulluğun törətdiyi problemlərdən biri kimi” mövzusunda tədqiqat aparılıb
# 30 mart 2007 13:45 (UTC +04:00)
“Himayədar” Humanitar Təşkilatı tərəfindən “Ana və uşaq ölümü Azərbaycanda yoxsulluğun törətdiyi problemlərdən biri kimi” mövzusunda aparılan tədqiqatın nəticələri ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, təşkilatın rəhbəri Himayət Rizvanqızı bildirib ki, Quba, Tovuz və Lənkəran rayonlarında aparılan araşdırmalarda ana və uşaq ölümünün səbəblərinin əsasən yoxsulluqla bağlı olduğu müəyyənləşib. Layihənin koordinatoru Şəhla Əbusəttar isə monitorinqin nəticələri haqqında danışıb: “2005-ci ildə 1321 körpə ölüb, həyatını itirən 5 yaşına qədər uşaqların sayı isə 621 olub. 2006-cı ilin 9 ayı üzrə körpə ölümünün sayı 1133 olub. Ana ölümünün sayı 2003-cü ildə 21, 2004-cü ildə 34, 2005-ci ildə 41 nəfər təşkil edib”. O, ölkədə bu sahə üzrə ixtisaslaşmış tibb məntəqələrinin az olduğunu deyib: “Statistik göstəricilərdən məlum olub ki, hazırda Azərbaycanda 7.122 çarpayılıq 26 doğum evi və 90 doğum şöbəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 1.500-ə yaxın mama-ginekoloq çalışır. Hər 15-49 yaşlarında olan 10 min qadına təxminən 4 ginekoloq, 22 mama düşür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR