Nuşirəvan Məhərrəmli: “Yeni telekanalların açılması üçün bizə kifayət qədər müraciətlər edilib”

Nuşirəvan Məhərrəmli: “Yeni telekanalların açılması üçün bizə kifayət qədər müraciətlər edilib”
# 31 mart 2007 11:16 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib. N. Məhərrəmli bu məsələ ilə bağlı Prezident Aparatına müraciət etdiklərini də deyib: “Prezident Aparatında bu məsələyə baxacaq. Qanun yeni qəbul olunmasına baxmayaraq, orada dəyişiklik edilməsi zərurəti də ortaya çıxıb”. Yaxın zamanlarda yeni kanalın yayımlanması ilə bağlı qərar verməyəcəklərini də qeyd edən N. Məhərrəmli regionlarda telekanalların sayının artırılmasına cəhd etdiklərini söyləyib: “Regionlarda telekanalların maddi-texniki bazasını görüb, bu məsələ üzərində müəyyən qədər düşünməyi qərara aldıq. Çünki regionlarda fəaliyyət göstərən kanalların maddi-texniki bazası çox zəifdir və bölgələrdə maliyyə mənbəyi ola biləcək reklam bazarı yox dərəcədədir. Bu il Şamaxıda, Əli Bayramlıda yeni telekanallara lisenziya vermək fikrimiz olsa da, qeyd olunan səbəblərdən bu mümkün olmadı. Lakin yeni telekanalların açılması üçün müraciətlər kifayət qədərdir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR