Bank Of Baku

AzTV-də maaşlar qaldırılıb

AzTV-də maaşlar qaldırılıb
# 02 aprel 2007 11:23 (UTC +04:00)
Aprelin 1-dən “Azərbaycan Televiziya və Radio verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) müxtəlif kateqoriyalar üzrə maaşlar üç-dörd dəfə artırılıb. Bu barədə APA-ya açıqlamasında AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova məlumat verib. Onun sözlərinə görə, maaş artımı struktur və kadr islahatlarının aparılması nəticəsində baş verib: “Arif Alışanov televiziyaya rəhbər təyin olunandan sonra rüşvətin qarşısı alınıb. Televiziyanın əməkdaşlarına yüksək məvaciblər verilir ki, onlar daha səmərəli fəaliyyət göstərsinlər və sosial təminatla bağlı qayğıları olmasın”. X. Qasımova aprelin 1-dən müqaviləsi başa çatan bəzi proqramlarla müqavilə müddətinin uzadılmayacağını da deyib: “Bura hərbi vətənpərvərlik, maarifçilik və digər proqramlar daxildir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR