Gəncədə Kəlbəcər rayonunun işğalının ildönümünə həsr olunmuş tədbir keçirilib

Gəncədə Kəlbəcər rayonunun işğalının ildönümünə həsr olunmuş tədbir keçirilib
# 02 aprel 2007 11:50 (UTC +04:00)
Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 14-cü ildönümü ilə əlaqədar Kəlbəcər rayon icra hakimiyyəti tərəfindən tədbir keçirilib. APA-nın Qərb bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Vidadi Məhərrəmov erməni işğalçılarının Kəlbəcəri işğal etməsi və Kəlbəcər əhalisinin başına açdıqları müsibətlərdən danışıb. Onun sözlərinə görə, təkcə Gəncə şəhərində 10 mindən artıq kəlbəcərli məcburi köçkün məskunlaşıb. Vidadi Məhərrəmov Kəlbəcərdən olan məcburi köçkünlərin Azərbaycanın müxtəlif bölgələrində yerləşən 56 yaşayış məntəqəsində məskunlaşdığını bildirib. Tədbirin sonunda məktəblilərin ifasında Kəlbəcərin işğalından bəhs edən səhnəciklər nümayiş etdirilib. Tədbir iştirakçıları Xanlar rayonunda yerləşən Kəlbəcər rayonunda həlak olmuş şəhidlərin məzarlarını da ziyarət ediblər. Bu gün Gəncədə Kəlbəcər rayon icra hakimiyyətinin təşəbbüsü ilə Kəlbəcər rayonunun müdafiəsi zamanı şəhid olan soydaşlarımızın xatirəsinə ehsan süfrələri açılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR