Bank Of Baku

Gənc Liderlər Uşaq Təşkilatı Azərbaycanda uşaq televiziyasının yaradılmasını təklif edir

Gənc Liderlər Uşaq Təşkilatı Azərbaycanda uşaq televiziyasının yaradılmasını təklif edir
# 02 aprel 2007 12:35 (UTC +04:00)
Gənc Liderlər Uşaq Təşkilatı Azərbaycanda uşaq televiziyasının yaradılması təklifi ilə çıxış edib. APA-nın xəbərinə görə, bu barədə təşkilatın sədri Fərid Şahbazov keçirdiyi mətbuat konfransında məlumat verib. Avropanın bir sıra ölkələrində uşaq televiziyalarının olduğunu söyləyən F. Şahbazov bildirib ki, belə bir layihənin Azərbaycanda da gerçəkləşməsinə ehtiyac var. O, TV-nin açılmasına yardım etmələri üçün Milli Teleradio Şurasına və İnsan Haqları Üzrə Müvəkkil Elmira Süleymanovaya müraciət etdiklərini deyib. Tədbirdə iştirak edən Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov da Azərbaycanda uşaq televiziyasının yaradılmasına ehtiyac olduğunu vurğulayıb: “Uşaq televiziyası olmadan yol təhlükəsizliyi qaydaları ilə bağlı cəmiyyətdə lazımı təbliğat aparmaq mümkün deyil. Bizim tərəfimizdən keçirilən tədbirlər bəzi problemlərin həll olunması üçün kifayət etmir. Bu gün yol qəzalarında həlak olanların içərisində uşaqlar da var və onlara yol hərəkəti qaydalarını təbliğ etmək üçün belə bir televiziyanın açılmasına yardım göstərə bilərik”. Tədbirdə iştirak edən digər qurumların təmsilçiləri də uşaq televiziyasının yaradılmasının vacibliyini vurğulayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR