Dəvəçi rayon Üzümlü kənd sakinləri hüquqlarının pozulduğunu bildirirlər

Dəvəçi rayon Üzümlü kənd sakinləri hüquqlarının pozulduğunu bildirirlər
# 02 aprel 2007 13:21 (UTC +04:00)
Dəvəçi rayon Üzümlü kəndinin bir qrup sakini mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, kənd sakini Namiq Babayev bildirib ki, kənd ərazisində 2005-ci ildən başlayan aparılan geniş miqyaslı tikinti ilə əlaqədar Üzümlü sakinlərinin başqa yerə köçürülməsi haqda qərar qəbul edilib. Onun sözlərinə görə, kənddə məskunlaşan 57 qaçqın ailəsi kompensasiya ilə təmin edilsə də, 26 yerli ailəyə pul verilməyib, sonradan isə 4-4,5 min manat məbləğində pul kompensasiyası təklif olunub. Sakinlər bu təkliflə razılaşmayıblar. N. Babayev məsələ ilə əlaqədar müxtəlif dövlət instansiyalarına müraciət etdiklərini deyib. Dəvəçi rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafiq Hüseynov isə APA-ya bildirib ki, kənd sakinlərinin ittihamları əsassızdır. Çünki həmin kənddə qiymətləndirmə komissiyası 2005-ci ildə işləyib və həmin dövr üçün qeyd edilən məbləğ az olmayıb. R. Hüseynov qiymətləndirmə komissiyasının sabahdan etibarən yenidən Üzümlü kəndində işləyəcəyini söyləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR