Məhkum qadınların azadlığa çıxdıqdan sonra cəmiyyətə adaptasiyası ilə bağlı layihə həyata keçiriləcək

Məhkum qadınların azadlığa çıxdıqdan sonra cəmiyyətə adaptasiyası ilə bağlı layihə həyata keçiriləcək
# 03 aprel 2007 09:42 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaxın vaxtlarda məhkum qadınların azadlığa çıxdıqdan sonra cəmiyyətə adaptasiyası ilə bağlı layihə həyata keçirməyə başlayacaq. Bu barədə APA-ya komitənin sədri Hicran Hüseynova məlumat verib. Onun sözlərinə görə, azadlığa çıxmış məhkum qadınların işlə təmin olunması, maarifləndirilməsi və s. məsələləri özündə əks etdirən proqramlar üzərində iş gedir. Bununla bağlı komitə Ədliyyə Nazirliyi ilə müzakirələr aparır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR