BMT nümayəndələri Füzuliyə səfər edəcəklər

BMT nümayəndələri Füzuliyə səfər edəcəklər
# 03 aprel 2007 10:28 (UTC +04:00)
Aprelin 3-4-də BMT-nin İctimai İnformasiya Departamentinin (BMT İİD/UN DPI) Azərbaycandakı nümayəndəsi Envera Selimoviç, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) şöbə müdiri Musa Cəlalov, BMT İnkişaf Proqramının (BMTİP/UNDP) ictimai əlaqələr və informasiya şöbəsinin müdiri Fərqan Abbaszadə və BMT Uşaq Fondunun (UNİCEF) uşaqların müdafiəsi üzrə meneceri Radoslav Ryehak Füzuli rayonuna səfər edəcəklər. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, səfər 4 aprel - Beynəlxalq Mina Təhlükəsi Barədə Maarifləndirmə və Minalardan Təmizləmə Fəaliyyətinə Yardım Günü ilə əlaqədar həyata keçirilir. BMT nümayəndələri yerlərdə əməliyyat tədbirləri barədə məlumat almaq, minalardan təmizləməni həyata keçirən əməkdaşlarla görüşmək, ərazinin mexaniki üsulla və minaaxtaran itlərin köməyi ilə minalardan təmizlənməsinə baxış keçirmək üçün ANAMA-nın Horadiz düşərgəsindəki təsislərində olacaqlar.
Qeyd edək ki, Beynəlxalq Mina Təhlükəsi Barədə Maarifləndirmə və Minalardan Təmizləmə Fəaliyyətinə Yardım Günü BMT Baş Assambleyası tərəfindən elan edilib. Həmin gün ilk dəfə 2006-cı ildə qeyd olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR