38 qeyri-hökumət təşkilatının iştirakı ilə koalisiya yaradılıb

38 qeyri-hökumət təşkilatının iştirakı ilə koalisiya yaradılıb
# 03 aprel 2007 10:39 (UTC +04:00)
Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının təqdimetmə mərasimi keçirilib. APA-nın məlumatına görə, 38 qeyri-hökumət təşkilatının iştirak etdiyi koalisiyanın icraçı direktoru Razi Nurullayev bildirib ki, martın 17-də təsis edilən qurumun yaradılmasında məqsəd vətəndaş cəmiyyəti quruculuğunda əhalinin fəaliyyətini təmin etməkdir. O, koalisiyada 5 nəfərdən ibarət monitorinq qrupunun yaradıldığını da deyib. Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu monitorinq qrupunun bölgələrdə daha geniş fəaliyyət göstərəcəyini söyləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR