Bank Of Baku

Nazir Azad Rəhimov: “Gənclər şəhərciyinin tikintisini həyata keçirmək istəyən şirkət tapa bilmirik”

Nazir Azad Rəhimov: “Gənclər şəhərciyinin tikintisini həyata keçirmək istəyən şirkət tapa bilmirik”
# 03 aprel 2007 13:15 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri idman və gənclər naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, bir müddət əvvəl “Akkord” Tikinti Şirkəti ilə aparılan danışıqlar da nəticəsiz qalıb: “Biz onlarla razılaşsaydıq, evsiz gənc ailələrin tələbatını cüzi olsa belə, ödəyə bilməyəcəkdik. Bu gün 60 min gənc ailə ev növbəsində dayanıb. Bir şəhərciklə onların ev problemini həll etmək olmaz”. A. Rəhimov deyib ki, məsələnin həll edilməsi üçün dövlət proqramı hazırlanmalıdır: “Doğrudur, bu gün dövlət də gənc ailələrə İpoteka kreditləri verir. Bu proqram öz müsbət təsirini göstərəcək. Gələcəkdə büdcə vəsaitləri artdıqca, digər vasitələrdən də istifadə olunacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR