Bank Of Baku

Gəncədə fəaliyyət göstərən çörək sexlərində gigiyenik qaydalara tam əməl edilmir

Gəncədə fəaliyyət göstərən çörək sexlərində gigiyenik qaydalara tam əməl edilmir
# 03 aprel 2007 14:33 (UTC +04:00)
“Gəncənin çörək sexlərində bişirilən məhsulların keyfiyyəti qənaətbəxş hesab olunsa da, istehsal və nəql prosesində gigiyenik vəziyyət ürəkaçan deyil”. Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin rəisi Kərim Rəhimovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, bu hal çörək istehsalının böyük zavodlarda deyil, ayrı-ayrı sexlərdə həyata keçirilməsi ilə bağlıdır. Onun sözlərinə görə, əksər çörək sexləri kiçik olduğundan lazımi şəraitə, laboratoriyaya və nəqliyyata malik deyil. “Bu səbəbdən də biz onlardan bütün zəruri şərtlərə əməl olunmasını tam tələb edə bilmirik. Bununla belə çalışırıq ki, heç olmasa çörək sexlərində gigiyenik qaydaların tam pozulmasına yol verməyək”. Kərim Rəhimov sözügedən tələblər baxımından ötən il 3 çörək sexinin fəaliyyətinin dayandırıldığını deyib. Həmin sexlərdə yalnız zəruri təmir işləri aparıldıqdan sonra istehsal prosesinə icazə verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR