USAİD-ın Azərbaycan üzrə rəhbərinin müavininin iştirakı ilə Balakən rayonunda toplantı keçirilib

USAİD-ın Azərbaycan üzrə rəhbərinin müavininin iştirakı ilə Balakən rayonunda toplantı keçirilib
# 03 aprel 2007 15:35 (UTC +04:00)
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə rəhbərinin müavini Ziba Quliyeva və sözügedən təşkilatın şimal-qərb regionu üzrə Proqram Əməliyyatı Mərkəzinin rəhbəri Gülrux Orucova bu gün Balakən rayonunda yığıncaq keçiriblər. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib. Tədbirdə RİH aparatının nümayəndələri, rayonun kənd icra nümayəndələri, bələdiyyə sədrləri və USAİD-in İcma İnkişaf Fəaliyyətinin yerli nümayəndələri iştirak edib. Yığıncaqda öncə sözügedən təşkilatın fəaliyyətə başladığı beş il ərzində ölkəmizin ayrı-ayrı bölgələrində gördükləri işlər barədə qısametrajlı film nümayiş etdirilib. Tədbirdə çıxış edən USAİD-in şimal-qərb regionu üzrə Proqram Əməliyyatı Mərkəzinin rəhbəri G. Orucova təşkilatın fəaliyyəti və ölkənin şimal-qərb bölgəsində gördükləri işlər barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib. G.Orucova İcma İnkişafı Fəaliyyəti layihəsi çərçivəsində Balakən rayonunun on kəndində kənd yollarının, içməli su xəttinin təmir və bərpası və bir sıra əlavə işlərin görüləcəyini bildirib. Balakən RİH-dən APA-ya bildirilib ki, carı ilin aprel ayının sonundan başlayaraq sözügedən təşkilat rayonda bir sıra layihələri həyata keçirməyə başlayacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR