Sabah Mərdəkan-Zuğulba şosesində əsaslı təmir işləri ilə əlaqədar bu istiqamətdə nəqliyyatın hərəkəti dayandırılacaq

Sabah Mərdəkan-Zuğulba şosesində əsaslı təmir işləri ilə əlaqədar bu istiqamətdə nəqliyyatın hərəkəti dayandırılacaq
# 04 aprel 2007 10:09 (UTC +04:00)
Mərdəkan-Zuğulba şosesinin dəmir yolu ilə kəsişmə hissəsində əsaslı təmir-tikinti işləri ilə əlaqədar sabah saat 8.00-dan 21-00-dək bu istiqamətdə bütün nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq və hərəkət istiqaməti dəyişdiriləcək. Bu barədə APA-ya Bakı şəhər Yol Polisi İdarəsinin (BŞYPİ) təhlükəsizliyin təmini və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. Buzovna-Bakı, Mərdəkan-Buzovna yolundan istifadə edənlər bu Sabunçu dairəsi ilə Mərdəkan-Buzovna yolundan istifadə edəcəklər. Bunları nəzərə alaraq, BŞYPİ tıxac, yol-qəza və digər xoşagəlməz hadisələrin qarşısının alınması üçün sürücülərə və avtonəqiliyyat vasitələrinin sahiblərinə qoyulan yol nişanlarına uyğun olaraq hərəkət etmələrini tövsiyə edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR