Türkiyə Radio Televiziya Üst Qurulunun nümayəndə heyəti Bakıya gəlir

Türkiyə Radio Televiziya Üst Qurulunun nümayəndə heyəti Bakıya gəlir
# 04 aprel 2007 11:32 (UTC +04:00)
Türkiyə Radio Televiziya Üst Qurulunun (RTÜQ) nümayəndə heyəti sabah Bakıya gələcək. Milli Televiziya və Radio Şurasından APA-ya verilən məlumata görə, RTÜQ rəhbəri Zahid Akmanın rəhbərlik etdiyi heyət dörd gün Bakıda olacaq. Səfər proqramına uyğun olaraq RTÜQ-lə MTRŞ arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və işbirliyi barədə protokol imzalanacaq. Nümayəndə heyətinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, ölkədə fəaliyyət göstərən telekanallarda görüşləri nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR