Dünyada hər il 15-20 min insan minaların qurbanı olur

Dünyada hər il 15-20 min insan minaların qurbanı olur
# 04 aprel 2007 11:52 (UTC +04:00)
Son bir il ərzində dünyanın 58 ölkəsində 7328 yeni mina qurbanı rəsmi qeydiyyata alınıb. Bu, ötən illə müqayisədə 11% çoxdur. APA-nın xəbərinə görə, bu barədə Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Azərbaycan Kampaniyasının direktoru Hafiz Səfixanov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, mina qurbanlarının 81%-ni (21%-i uşaqlar olmaqla) mülki şəxslər təşkil edir. Dünyada hər il 15-20 min insanın mina qurbanı olduğunun təxmin edildiyini deyən H. Səfixanov hazırda dünyada mina qurbanlarının sayının 500 min nəfərə yaxın olduğunu bildirib. H. Səfixanov son bir ildə dünyada 740 kvadrat kilometr ərazinin minalardan təmizləndiyini qeyd edib. Onun sözlərinə görə, bu göstərici son 26 ildə əldə edilən ən yüksək nəticədir. İl ərzində 700 min mina məhv edilib ki, bunlardan 450 mini piyadalar əleyhinə minalardır. Bununla da məhv edilən minaların sayı 40 milyona çatıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR