Mingəçevir Uşaq və Ailələrə Dəstək Mərkəzində uşaqların özünə-vəkillik qrupuna seçkilər keçiriləcək

Mingəçevir Uşaq və Ailələrə Dəstək Mərkəzində uşaqların özünə-vəkillik qrupuna seçkilər keçiriləcək
# 04 aprel 2007 12:44 (UTC +04:00)
Sabah Mingəçevir Uşaq və Ailələrə Dəstək Mərkəzidə uşaqların özünə-vəkillik qrupunun üzvlərinin seçkisi keçiriləcək. Bu barədə APA-Economics-ə Uşaqların Xilası Təşkilatının (Save the Children) informasiya koordinatoru Sevinc Əsgərova məlumat verib. Onun sözlərinə görə, özünə-vəkillik qrupu, diqqət və qayğıdan kənarda qalmış 12-16 yaş arasında olan uşaqlardan ibarət olacaq. Həmin qrup daxilində iştirakçı uşaqlar, həmyaşıdları arasından özlərini təmsil edən 7-9 uşaq seçəcək. Həmin məqsədə nail olmaq üçün mərkəzlər Azərbaycanın hədəf götürülmüş üç regionunda uşaqların özünə-vəkillik qruplarını yaratmaqla xüsusi qayğıya ehtiyacı olan uşaqlara sosial inteqrasiyaya yardım göstərən fəaliyyətlərini həyata keçirilməsi istiqamətində iş aparır. Həmin seçkilərin Goranboy və Şüvəlan mərkəzlərində keçirilməsi planlaşdırılıb. Qeyd edək ki, Uşaq və Ailələrə Dəstək Mərkəzləri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə yaradılmış və Uşaqların Xilası Federasiyası və Azərbaycana Birgə Yardım Təşkilatının əməkdaşlığı ilə Uşaqlara İcma-əsaslı Dəstək Proqramı (UİDP) çərçivəsində həyata keçirilir. /APA-Economics/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR