Füzulidə “Beynəlxalq mina xəbərdarlığı və mina təhlükəsi ilə mübarizəyə yardım günü” qeyd olunub

Füzulidə “Beynəlxalq mina xəbərdarlığı və mina təhlükəsi ilə mübarizəyə yardım günü” qeyd olunub
# 04 aprel 2007 12:54 (UTC +04:00)
Bu gün Füzuli rayonunda “Beynəlxalq mina xəbərdarlığı və mina təhlükəsi ilə mübarizəyə yardım günü” qeyd olunub. Bu barədə APA-ya Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib. Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) üzrə meneceri Musa Cəlalov, BMT-nin İnkişaf Proqramı və UNİCEF-in nümayəndələri Füzuli rayonuna səfər edib və ANAMA-nın apardığı əməliyyat işləri - ərazilərin mexaniki və minaaxtaran itlərin köməyi ilə təmizlənməsi əməliyyatları ilə tanış olublar. Onlar Azərbaycan hökuməti və UNİCEF tərəfindən dəstəklənən “Mina təhlükəsi” adlı kurs keçirilən Horadizdəki 2 saylı məktəbdə olub, açıq dərsdə iştirak ediblər.
ANAMA təmsilçisi Musa Cəlalov APA-ya bildirib ki, onlar böyük hissəsi minalardan təmizlənən Zobucuq dərəsinə də baxış keçiriblər. Onun sözlərinə görə, ərazidə 5 qəsəbə salınması nəzərdə tutulub, burada 2000-ə yaxın ailə məskunlaşacaq. Ərazidə artıq tikinti işləri başlanıb. Səfər zamanı ANAMA-nın regional bazası ilə tanışlıq da olub. Qeyd edək ki, bu gün BMT tərəfindən elan olunub və bütün dünyada qeyd edilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR